20 Mart 2019 23:13
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Barselona” Matteys de Liqtin transferi üçün “Ayaks”la danışıqlara başlayıb.

Teleqraf.com xəbər verir ki, Kataloniya klubu 19 yaşlı müdafiəçinin keçidi üçün qarşı tərəfə 60 milyon avro təklif edib. Tərəflərin hələlik razılığa gəlmədiyi bildirilir.

“Barselona” mövsümün sonunda gənc futbolçu ilə uzunmüddətli müqavilə bağlamaq istəyir.

Qeyd edək ki, De Liqtlə “Bavariya”, PSJ və “Yuventus” da maraqlanır.


Müəllif: Teleqraf.com