22 Mart 2019 07:05
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın bir sıra ölkələrində "Instagram" sosial şəbəkəsinin işində nasazlıq yaranıb.

Teleqraf.com xəbər verir ki, bu barədə internet resursların fəaliyyətini izləyən məşhur "Downdetector" xidməti bildirib.

"Instagramın işində problemlər ABŞ-ın Şərq sahili vaxtı üzrə saat 18:01-dən müşahidə olunur", - deyə xəbərdə qeyd edilir.

Nasazlıqlardan ən çox ABŞ, Almaniya, Portuqaliya, Peru, Braziliya və Avstraliya istifadəçiləri şikayət ediblər.

Xidmətin məlumatına görə, istifadəçilərin çox hissəsi (təxminən 54%-i) xəbər lentinə baxışdan, təxminən 28%-i proqrama daxil ola bilməmələrindən şikayətləniblər.


Müəllif: Teleqraf.com