Bakıda təlim-məşq toplanışını davam etdirən 2001-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Teleqraf.com xəbər verir ki, “Dalğa Arena”da Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Komandamızın qolunu Məhəmməd Məhərrəmov vurub.
Qeyd edək ki, komandalar arasında növbəti oyun martın 24-də keçiriləcək.