24 Mart 2019 00:12
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəbələ” futbol üzrə Azərbaycan Premyer Liqasında yaranmış fasilə dövründə hazırlığını davam etdirir.

Teleqraf.com xəbər verir ki, “qırmızı-qaralar” məşqlərini Bakıda gerçəkləşdirir.

Sənan Qurbanovun çalışdırdığı komanda paytaxtdakı Biləcəri Futbol Mərkəzində məşq edir. Futbolçular məşq prosesində əsasən toplu çalışmalar yerinə yetirirlər.

Azərbaycanın U-21 və U-19 milli komandalarına dəvət alan oyunçular məşq prosesinə qatılmayıb. Bunlar Murad Popov, Amin Seydiyev, Rüstəm Nuriyev, Rövlan Muradov və Samir Qurbanovdu.

“Qəbələ” fasilə dövründə yoxlama oyunu keçirəcək. Komanda martın 25-də “Sumqayıt”la görüşəcək. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq matç saat 16:00-da start götürəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər