Martın 24-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin ikinci turuna start veriləcək.
İkinci turun ilk günündə 4 qrupda 10 qarşılaşma keçiriləcək. Azərbaycan millisinin yer aldığı “E” qrupunda Macarıstan Xorvatiyanı, Uels Slovakiyanı qəbul edəcək. Azərbaycan yığması reqlamentə əsasən bu oyunu buraxacaq. İlk turda Slovakiya Macarıstana 2:0, Xorvatiya isə Azərbaycana 2:1 hesabı ilə qalib gəlib.
Günün mərkəzi oyunu “C” qrupunda Hollandiya və Almaniya yığmaları arasında olacaq. İlk turda “narıncılar” Belarusu darmadağın edib, Bundestim isə rəqibsiz qalıb. Qrupun digər matçında Şimali İrlandiya Belarusu sınağa çəkəcək.
“G” qrupunda İsrail Avstriyanı, Sloveniya Makedoniyanı, Polşa Latviyanı qəbul edəcək. Polşadakı qarşılaşmanı Əliyar Ağayevin rəhbərliyi altında azərbaycanlı hakimlər briqadası idarə edəcək.
Günün bütün oyunları aşağıdakılardı:
“C” Qrupu
23:45. Şimali İrlandiya – Belarus
23:45. Hollandiya - Almaniya
“E” Qrupu
18:00. Uels – Slovakiya
21:00. Macarıstan - Xorvatiya
“G” Qrupu
21:00. İsrail – Avstriya
23:45. Sloveniya – Makedoniya
23:45. Polşa - Latviya
“İ” Qrupu
18:00. Qazaxıstan – Rusiya
21:00. San-Marino – Şotlandiya
23:45. Kipr - Belçika