Bu gün futbol üzrə Azərbaycan milli komandası 2019-cu ildə ilk yoldaşlıq görüşünə çıxacaq.
Teleqraf.com-un məlumatına görə, "Bakcell Arena"da keçiriləcək qarşılaşmada rəqib Litvayığması olacaq.
Təqvimə əsasən, hər iki komanda AVRO-2020-nin seçmə mərhələsində II turu buraxıb. İlk turda isə Azərbaycan səfərdə Xorvatiyaya, Litva isə Lüksemburqa eyni hesabla uduzub - 1:2.
Həm Nikola Yurçeviç, həm də Valdas Urbonas baş məşqçi olduqları yığmanı bu il ilk dəfə yoldaşlıq görüşündə sınaqdan çıxaracaq. Əvvəllər isə bu komandalar 2 dəfə qarşılaşıblar. 1998-ci ildə Estoniyanın Vilyandi şəhərində təşkil olunmuş matçda Azərbaycan 2:1, 2008-ci ildə Vilnüsdə baş tutmuş qarşılaşmada Litva 1:0 hesabı ilə qalib gəlib. Beləliklə, iki ölkə yığması həm də ilk dəfə Bakıda üz-üzə gələcək.
Yoldaşlıq görüşü (25 mart)
18:00. Azərbaycan - Litva
Hakimlər: Fesnik Horatiu, Avram Valentin, Kerey Alexandru (hamısı Rumıniya), Orxan Məmmədov (Azərbaycan)
"Bakcell Arena".