"İnter"in futbolçusu Joao Miranda komandadan ayrılır.
Teleqraf.com xəbər verir ki, 34 yaşlı müdafiəçi mövsümün sonunda Milan təmsilçisindən gedəcəyinə qərar verib.
Brailiyalı futbolçu ilə "Monako" və "Benfika" maraqlanır. Onun Çin klubundan da təklif aldığı bildirilir.
Qeyd edək ki, Braziliya millisinin üzvü 2015-ci ildə "Atletiko"dan "İnter"ə keçib.