26 Mart 2019 16:37
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının elit-raundunda sonuncu oyununa çıxacaq.

Birinci qrupda yer alan yığmamız son turda Rumıniya ilə üz-üzə gələcək.

Rusiyanın Krasnodar şəhərindəki "Kuban" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Bu oyunla eyni vaxtda qrupun digər matçında Rusiya İrlandiya ilə qarşılaşacaq.

2 turdan sonra 6 xala malik İrlandiya qrup lideri kimi final mərhələsinə vəsiqəni təmin edib. Bu səbəbdən, hər iki qarşılaşma formal xarakter daşıyır.

AÇ-2019, elit-raund
1-ci qrup
26 mart

18:00. Rumıniya - Azərbaycan
Hakimlər: Adrian Jakkotte, Vital Jobin (hər ikisi İsveçrə), Yeqor Bolxovitin, Nikolay Voloşin (hər ikisi Rusiya).
Krasnodar, "Kuban" stadionu (Rusiya)


Müəllif: Teleqraf.com