27 Mart 2019 00:58
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "Real Madrid" klubunun rəhbərliyi hücumçu Qaret Beyli satmaq qərarına gəlib.

Teleqraf.com-un məlumatına görə, bu qərarı klubun prezidenti Florentino Peres və baş məşqçi Zinəddin Zidan qəbul ediblər. "Kral klubu" oyunçunu 175 milyon avroya satmaq niyyətindədir.

Qeyd edək ki, Beyl 2013-cü ilin yayında "Real"a "Tottenhem"dən transfer edilib. Futbolçu ilə bağlanan müqavilə 2022-ci ildə qüvvədən düşür.


Müəllif: Teleqraf.com