19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində son oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, komandamız Sloveniya yığması ilə qarşılaşıb.
Oyunda hesab 26-cı saniyədə açılıb. Sonrakı dəqiqələrdə üstünlüyünü artıran Sloveniya fasiləyə 5 cavabsız qol vuraraq yollanıb. İkinci hissədə də fərqi artıran təşkilatçı ölkə yekunda qələbə qazanıb.
Futzal, AÇ-nin əsas mərhələsi
2-ci qrup
30 mart
Azərbaycan – Sloveniya 1:9
Qol: İ. Pənahov, 39:21 – M. Goznik, 0:26, M. Bjelçeviç, 11:19, 29:30, T. Gajser, 14:32, 38:18, T. Debeljak, 15:55, M. Mohoriç, 18:17, T. Ciuha, 27:40, V. Florjançiç, 31:57.
Hakimlər: Damian Yaruçyeviç (Polşa), İvo Tsenov (Bolqarıstan) və Marko Rothenfluh (İsveçrə).
Podçetrtek İdman Sarayı.
Azərbaycan: 1. Vladislav Reznov (q), 2. İqbal Pənahov (k), 3. Tofiq Hüseynov, 7. Nurlan Mehdizadə, 10. Kənan Əsədli, 12. Niyaz Əhmədov (q), 4. Turan Əhmədov, 5. Rauf Rüstəmov, 6. Sabir Həsənov, 8. Hüseyn Qarayev, 9. Rafael Mütəllimov, 17. Nicat Quluzadə.
Baş məşqçi: Ağatahir Əzimov.
Sloveniya: 12. Maks Vidmar (q), 3. Matic Goznik, 6. Tilen Qayser, 10. Timotey Debelyak (k), 13. Jeremi Bukovec, 1. Yure Vetrih (q), 2. Matey Ahçin, 4. Maks Vesel, 8. Vanç Floryançiç, 11. Marko Byelçeviç, 14. Marko Mohoriç, 15. Tod Ciuha.
Baş məşqçi: Andrey Doboviçnik.