31 Mart 2019 21:08
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Shamkir Chess" superturnirinə start verilib.

İlk tur qarşılaşmalarının heç birində qalib müəyyənləşməyib. Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı Aleksandr Qrişukla, Teymur Rəcəbov isə ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsenlə xalları yarı bölüb. Digər görüşlər də heç-heçə ilə yekunlaşıb.

"ShamkirChess 2019"

I tur

Aniş Giri (Hollandiya) - Veselin Topalov (Bolqarıstan) - 0,5:0,5

Sergey Karyakin (Rusiya) - Dinq Liren (Çin) - 0,5:0,5

Alekandr Qrişuk (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5

Teymur Rəcəbov (Azərbaycan)- Maqnus Karlsen (Norveç) - 0,5:0,5

Vişvanatan Anand (Hindistan) - David Navara (Çexiya) - 0,5:0,5

Bütün görüşlər saat 15:00-da başlanıb.

Qeyd edək ki, 9 turdan ibarət "ShamkirChess"ə aprelin 9-da yekun vurulacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər