İranın Super Liqa yarışlarında iştirak edən Güney Azərbaycanın “Traktor” futbol klubu öz meydanında qəbul etdiyi Abadan təmsilçisini məğlub yola salıb.
Teleqraf.com xəbər verir ki, Super Liqa yarışlarının 24-cü həftəsində Təbriz təmsilçisi “Neft” komandası ilə üz-üzə gəlib, oyun 1:0 hesabı ilə Güney Azərbaycan komandasının xeyrinə yekunlaşıb.
“Traktor”a qələbə qazandıran yeganə qolu oyunun 42-ci dəqiqədə Sasan Ənsari vurub. Bu oyundan sonra Təbriz təmsilçisi 49 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Hazırda “Perspolis” 51 xalla turnir cədvəlinə liderlik edir.