Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib.
Teleqraf.com xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Günün birinci oyunu Sumqayıtda baş tutub. “Sumqayıt” doğma azarkeşləri önündə “Keşlə”ni qəbul edib. Üç qolun qeydə alındığı matçda meydan sahibləri sevinən tərəf olub.
Günün digər oyununda isə lider “Neftçi” “Zirə” ilə üz-üzə gəlib. Roberto Bordinin rəhbərlik etdiyi komanda turnir cədvəlindəki mövqeyini qorumaq üçün qələbə qazanmalıydı. “Ağ-qaralar” altı qolluq oyunda bu istəyinə nail olub.
23-cü tura sabah keçiriləcək “Qəbələ” – “Qarabağ” və “Sabah” – “Səbail” matçlarıyla yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, 23-cü tur
6 aprel
Sumqayıt – Keşlə 2:1
Qol: Peyman Babayi, 4. Cavid Tağıyev, 85 – Samir Məsimov, 40.
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Qəzənfər Məmmədov, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sumqayıt şəhər stadionu, 16:00
“Sumqayıt”: 12. Rəşad Əzizli, 21. Arif Daşdəmirov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 60. Elvin Məmmədov, 10. Aleksey İsayev, 5. Adil Nağıyev, 8. Peyman Babayi, 9. Ehtiram Şahverdiyev, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev, 17. Nicat Qurbanov, 7. Cavid Tağıyev, 34. Elvin Bədəlov, 15. Əmir Ağayev, 70. Ülvi İsgəndərov, 74. Yusif Nəbiyev, 77. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 49. İbrahim Əliyev
Baş məşqçi: Ayxan Abbasov
“Keşlə”: 30. Davud Kərimi, 19. Azər Salahlı, 4. Slavik Alxasov (k), 9. Amil Yunanov, 3. Denis Silva, 22. Nikola Mitroviç, 17. Samir Məsimov, 25. Con Kamara, 32. Valeri Kutsenko, 65. Cabir Əmirli, 11. Vüsal İsgəndərli
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 18. Ruslan Əmircanov, 8. Seymur Əsədov, 10. Ruslan Nəsirli, 24. Fuad Bayramov, 23. Conatan Ayite, 14. Andre Klennon, 21. Angelo Pena, 2. Sərtan Taşqın, 66. Murad Qayalı, 78. Elmir Rəhimzadə
Baş məşqçi: Tərlan Əhmədov