Futbol üzrə İtaliya Çempionatının 31-ci turu çərçivəsinə "Yuventus" klubu "Milan"ı qəbul edib.
Teleqraf.com xəbər verir ki, oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qaliblərin heyətində fərqlənənlər Paulo Dibala (60-cı dəqiqə, penalti) və Moyze Kin (84-cü dəqiqə) olublar. "Milan"ın yeganə qolunu isə 39-cu dəqiqədə Kşiştof Pyontek vurub.
Qeyd edək ki, "Yuventus" 84 xalla İtaliya Çempionatının lideridir, "Milan" isə 52 xalla dördüncüdür.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin