“Neftçi”nin futbolçusu Namiq Ələsgərov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu dəyərləndirib.
Teleqraf.com xəbər verir ki, yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında 4:2 hesablı qələbədə pay sahibi olduğu üçün sevincini gizlətməyib:
“Asan oyun olmadı. Meydana daxil olandan dərhal sonra komandamızın üçüncü qolunu vurdum. Buna görə çox şadam. Bir az əvvəl qol buraxmışdıq. Buna görə də oyunun tərzi dəyişməliydi. Bu mənada əvəzetmə yerinə düşdü. Əsas odu qələbə qazandıq. Sevinirəm ki, bunda mənim də payım oldu”.