17 Aprel 2019 01:35
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kataloniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi 2013-cü ildən sonra ilk dəfə Çempionlar Liqasının final mərhələsində qol vurub.

Teleqraf.com xəbər verir ki, "Barselona"nın hücumçusu Çempionlar Liqasının 1/4 finalında, "Mançester Yunayted"lə cavab matçının birinci hissəsində dubl edib.

Qeyd edək ki, argentinalı sonuncu dəfə 2013-cü ildə Avropanın ən nüfuzlu klub futbol yarışının 1/4 finalında fərqlənib. PSJ ilə matç 2:2 hesabı ilə başa çatıb.

Daha əvvəl bildirilib ki, Kataloniyanın "Barselona" klubunun hücumçusu İspaniyanın Mayorka adasında yerləşən otellərdən birini alıb və yenidənqurma işlərindən sonra mayın 2-də onun açılışını etməyi planlaşdırır.


Müəllif: Teleqraf.com