Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə mövsümün sonuna qədər "Sabah" komandasının heyətindən kənarlaşdırılıb.
Teleqraf.com-un klubun saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı yarımmüdafiəçi dəfələrlə daxili intizam qaydalarını pozduğu üçün bu addım atılıb.
Oyunçu yığmanın da şərəfini qoruduğundan verilmiş qərar barədə AFFA-ya işgüzar qaydada məlumat verilib.