Bu gün "Traktor"un "Peykan" (Tehran) komandası ilə növbəti oyunu zamanı azarkeşlərlə polis qüvvələri arasında insident baş verib.
Polis qüvvələri güc tətbiq edərək, azarkeşlərə qarşı bibər qazı və su şırnaqlarından istifadə edib.
Əldə etdiyimiz məlumata görə, qarşıdurma zamanı xeyli insan xəsarət alıb.
Qeyd edilir ki, "Traktor" 1:0 hesabı ilə oyunu uduzub.
Hakim açıq-aşkar “Traktor” komandasına qarşı qərəz nümayiş etdirərək 3 penaltini hesaba almayıb.