İspaniya La Liqasında 33-cü tura start verilib.
Teleqraf.com xəbər verir ki, turun açılış oyununda “Alaves” “Valyadolid”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.
Şənbə günü dörd oyun baş tutub. “Rayo Valyekano” – “Hueska” matçında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı “Selta” – “Jirona” matçında meydan sahibləri çətin qələbəyə seviniblər. Səfərdə “Eybar”la üz-üzə gələn “Atletiko” minimal hesabla üstün olub. Lider “Barselona” isə “Real Sosyedad”la ev oyunundan qalib ayrılıb.
“Real” isə “Atletik”i sınağa çəkəcək.
İspaniya La Liqası, 33-cü tur
19 aprel
Alaves – Valyadolid 2:2
Qol: Quidetti, 4. Coni, 24 – X.Fernandes, 38. E.Ünal, 76-pen.
20 aprel
Selta – Jirona 2:1
Qol: Aspas, 34. Bufal, 69 – Portu, 48.
Eybar – Atletiko 0:1
Qol: Lemar, 85.
Rayo Valyekano – Hueska 0:0
Barselona – Real Sosyedad 2:1
Qol: Lanqle, 45. Alba, 64 – Xuanmi, 62.
21 aprel
14:00 Levante – Espanyol
16:00 Xetafe – Sevilya
18:15 Real – Atletik
20:30 Vilyarreal – Leqanes
22:45 Betis – Valensiya