21 Aprel 2019 08:55
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Turinin "Yuventus" klubu ardıcıl 8-ci dəfə İtaliya çempionu olub.

Komandanın portuqaliyalı hücumçusu Kriştianu Ronaldu tarixdə İngiltərə, İspaniya və İtaliya çempionatlarının qızıl medallarını qazanan ilk futbolçu olub.

Forvard daha əvvəl "Mançester Yunayted"in heyətində üç dəfə İngiltərə çempionu, "Real"ın heyətində isə iki dəfə İspaniya çempionu olub.

34 yaşlı Ronaldu "Yuventus"a ötən ilin yayında "Real"dan keçib. Onun transfer məbləği 117 milyon avro təşkil edib. O, cari mövsümdə İtaliya milli çempionatının 27 oyununda (26-sı əsas heyətdə) iştirak edib və 19 qol (5-i penaldan) vurub, həmçinin 8 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər