21 Aprel 2019 21:09
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rafael Ağayev (-75 kq) Rabatda Karate1 Premyer Liqa turnirində bürünc medal qazanıb.

Azərbaycan Karete Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, fransalı idmançı Loqan Da Kosta ilə həlledici görüşdə 2-0 hesabı ilə qalib gələn karateçimiz, dünya və olimpiya reytinq xallarını artırmaqla mövqeyini möhkəmlədib. Milli komandanın üzvlərindən Turqut Həsənov və Pənah Allahverdiyev (-84 kq) təsəlliverici görüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.

19-21 apreldə Mərakeş Krallığının paytaxtında Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından üçüncü nüfuzlu yarışda 8 ölkədən 661 idmançı mübarizə aparıb. Milli komandanın növbəti yarışı 17-19 mayda Istanbulda Karate1 Seriya A turniri olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər