Aprelin 27-də Topaz Premyer Liqasının 26-cı turuna yekun vurulub.
Teleqraf.com xəbər verir ki, turun sonuncu görüşü “Bakcell Arena” stadionunda oynanılıb. Çempionluğa iddialı “Neftçi” doğma azarkeşlər önündə “Sumqayıt” komandasını qəbul edib. Görüş sumqayıtlıların 3:2 hesablı qələbəsi ilə başa çatıb. “Sumqayıt” klubunun heyətində Əmir Ağayev (31), Ülvi İsgəndərov (44) və Murad Xaçayev (77), “flaqman”ın heyətində isə Ruslan Abışov (8) və Baqali Dabo (72) fərqləniblər.
Turun Zirə Olimpiya Kompleksində oynanılan açılış görüşündə “Qarabağ” komandası “Zirə” klubunu 3:0 hesabı ilə məğlub edib.
Turun digər oyunlarında “Sabah” - “Keşlə” qarşılaşması heç-heçə (1:1) başa çatıb. “Səbail” isə doğma meydanda “Qəbələ”ni məğlubiyyətə uğradıb - 2:1.
Çempionata 60 xalla “Qarabağ” başçılıq edir. “Neftçi” 55 xalla ikinci, “Səbail” isə 41 xalla üçüncü pillədədir. Digər yerlərdə müvafiq olaraq, “Qəbələ” (36 xal), “Sabah” (27), “Zirə” (25), “Sumqayıt” (23) və “Keşlə” klubları qərarlaşıblar.