Bakıda Formula 1 Azərbaycan Qran Prisinin sonuncu yarış günü keçirilir.
Teleqraf.com xəbər verir ki, bu gün "Williams", "Racing Point", "McLaren", "Haas" və "Toro Rosso" komandalarının avtoqraf sessisiyası və Formula 2 pilotlarının ikinci yarışı olacaq.
Açılış mərasimi və pilotların paradından sonra Formula 1 Azərbaycan Qran Prisinə start veriləcək.
Şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas, Kimi Raikkonen, Maks Ferstappen kimi tanınmış pilotlar var.
Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.