Üzgüçülük üzrə Azərbaycanın Paralimpiya Milli Komandasının üzvü Roman Saleh Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilən dünya seriyasında qızıl medal qazanıb.
Teleqraf.com-un məlumatına görə, idmançımız 100 metr məsafəni 1.00.61 dəqiqə ərzində qət edərək bütün rəqiblərini geridə qoyub.
O, dünya seriyasının fəxri kürsüsündə ən yüksək yeri tutub.
Beynəlxalq Paralimpiya Komitəsinin üzgüçülük üzrə dünya seriyası aprelin 29-a qədər davam edəcək. Yarışlarda ölkəmizi Könül Süleymanova, Raman Saleh, Vəli İsrafilov və Şamil Şahov təmsil edir. Bu yarış sentyabrda Londonda keçiriləcək dünya çempionatına minimal təsnifat xalı qazandırır.