Ötən ilin dekabrında "Mançester Yunayted"dən istefaya göndərilən Joze Mourinyo yeni təklif alıb.
Teleqraf.com xəbər verir ki, "Seltik" portuqaliyalı mütəxəssisin xidmətində maraqlıdır. PSJ variantı da olan 56 yaşlı çalışdırıcının bu təklifi da götür-qoy etdiyi bildirilir. Əgər Tomas Tuxel yayda Paris klubundan getməsə, Mourinyonun Şotlandiya çempionu ilə müqavilə bağlayacağı iddia olunur.
Qeyd edək ki, Mourinyonun meneceri Jorje Mendeşin "Seltik"in prezidenti ilə yaxşı münasibətləri var. Şotlandiya klubunun təcrübəli məşqçiyə təklif göndərməsi də məhz bununla əlaqələndirilir.