Dünyanın 20 yaşadək futbolçular arasında ən bahalı oyunçusu müəyyənləşib.
Teleqraf.com Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CİES) saytına istinadən xəbər verir ki, bu, Almaniyanın "Borussiya" (Dortmund) komandasının və İngiltərə millisinin futbolçusu Ceydon Sançodur.
19 yaşlı hücumçunun transfer məbləği 150 milyon avro qiymətləndirilib.
Digər bahalı gənc futboçular isə İngiltərə "Arsenal"ından Matteo Genduzi (70.1 milyon avro), İtaliya "Roma"sından Nikolo Canolo (67.4 milyon avro), Almaniya "Bayer"indən Kay Xaverts (64.3 milyon avro) və İngiltərə "Vest Hem"indən Deklan Raysdır (64.2 milyon avro).