İtaliya A Seriyasının son turunda “Bolonya” ilə oyunda hakimi vuran “Milan”ın futbolçusu Lukas Paketa ağır cəza alıb.
Teleqraf.com xəbər verir ki, matçda sarı vərəqə aldıqdan sonra hakimə zərbə endirən yarımmüdafiəçi 3 oyunluq cəzalandırılıb. Bu isə onun mövsümün sonuna kimi komandasına kömək edə bilməyəcəyi deməkdir.
Braziliyalı futbolçu “Fiorentina”, “Frozinone” və SPAL-la görüşlərdə çıxış edə bilməyəcək.