8 May 2019 23:47
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Zenit"in hücumçusu Aleksandr Kokorinlə "Krasnodar"ın yarımmüdafiəçisi Pavel Mamayevə hökm oxunub.

Teleqraf.com xəbər verir ki, Moskvanın Presnenski məhkəməsi cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, Kokorinin 1 il 6 ay, Mamayevin isə 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar verib. Hadisənin digər iştirakçıları olan Aleksandrın qardaşı Kirill Kokorin 1 il 6 ay, Aleksandr Protasovitski isə 1 il 5 ay müddətinə cəzalandırılıb.

Qeyd edək ki, bu şəxslər ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər