PSJ-nin hücumçusu Neymar Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Yunayted"lə ev oyunundakı (1:3) hərəkətinə görə UEFA-nın ona verdiyi 3 oyunluq cəza ilə razılaşmır.
Teleqraf.com xəbər verir ki, braziliyalı futbolçu qurumun qərarından apellyasiya şikayəti verib.
Xatırladaq ki, hakimin idarəçiliyindən narazı qalan Neymar matçdan sonra UEFA rəsmilərini təhqir etdiyini, həmçinin referilərin otağına girməyə çalışdığına görə diskvalifikasiya olunmuşdu.