11 May 2019 21:30
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Teleqraf.com xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:2 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

- Həqiqətən bu oyuna azarkeşlərimiz üçün yaxşı hazırlamışdıq. Əsas istəyimiz azarkeşlər üçün baxımlı oyun göstərmək idi. Futbolçularımı çempionluq münasibəti ilə təbrik edirəm. Bizim üçün ağır mövsüm oldu. Sona qədər hər oyunda gərginlik hiss etdik. “Neftçi” yaxşı mövsüm keçirdi, onları təbrik edirəm.

- Rəşad Sadıqovla bağlı ilk hissədə problem oldu…
- 45 dəqiqə Rəşad üçün bəs idi. Bir az əsəbləşmişdi. Qarşıda milli komandanın oyunu var. Rahil Məmmədov və Bədavi Hüseynovun bir yerdə oynaması üçün dəyişiklik etdim.

- Miçel sanki pis təsir bağışladı…
- Miçel köhnə mövqeyinə qayıtmışdı. Ona görə bir az zəif təsir bağışladı. Onun meydanda düşünmə qabiliyyəti bizim üçün vacibdi.

- Komandadan gedəcək futbolçular bəllidirmi?
- İnnosent Emeqaranın müqaviləsini yeniləmədik, yollarımızı ayıracağıq. Reynaldo ilə də yollarımızı ayıracağıq. Donald Gerye bizimlə qalacaq. Tam razılaşmasaq da, danışacağıq. Yakub Jezniçakın da müqaviləsini uzatmadıq. Rəşad Sadıqovun müqaviləsini bir illik uzatdıq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər