12 May 2019 15:02
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman Nazirliyi "Arsenal" komandasının erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında iştirakla bağlı Azərbaycanın təhlükəsizlik təminatını verməməsi barədə iddiaya cavab verib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bundan öncəki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa Oyunları, Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi dövlət iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib.

Nazirlik bu səbəbdən deyilənlərin heç bir reallığa əsaslanmadığını vurğulayıb.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər