FİFA-nın prezidenti Canni İnfantino beynəlxalq futbol ictimaiyyəti adından "Qarabağ"ı Azərbaycan Premyer Liqasının 2018/2019-ci il mövsümünün qalibi olması, ardıcıl 6-cı dəfə bu titula yiyələnməsi münasibətilə təbrik edib.
Teleqraf.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bununla bağlı o, AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubda bildirib.
Bundan başqa, Belarusun BATE klubu da Ağdam klubunu çempionluq münasibəti ilə təbrik edib.
Qeyd edək ki, Qurban Qurbanovun komandası turniri 66 xalla 1-ci pillədə başa vurub.