17 May 2019 07:45
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yuventus”un futbolçusu Paulo Dibala komandadan ayrılmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə 25 yaşlı hücumçunun qardaşı Qustavo Dibala məlumat verib. O, Dibalanın Turin klubunda xoşbəxt olmadığını bildirib:

“Paulonun “Yuventus”dan ayrılmaq ehtimalı çox yüksəkdir. Onun dəyişikliyə ehtiyacı var. Hansı kluba keçəcəyini deyə bilmərəm, amma o, “Yuventus”da xoşbəxt deyil. Təkcə Paulo deyil, bir çox futbolçu komandada bəzi şeylərdən narahatdır. Bu yay ordan ayrılan yeganə futbolçu Dibala olmayacaq”.

Qeyd edək ki, Dibalanın "Yuventus"la 2022-ci ilədək müqaviləsi var.


Müəllif: Teleqraf.com