İtaliyalı Covanni Kaprara voleybol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.
Teleqraf.com xəbər verir ki, 57 yaşlı mütəxəssisin adı Qızıl Avropa Liqası sifariş vərəqəsinə daxil edilib. O bu postda səhhəti ilə əlaqədar istefa verən Faiq Qarayevi əvəzləyi əvəzləyib.
Kapraraya həmyerlisi Marsello Çervellin, eləcə də Famil Ağayevlə Emin Abilov kömək edəcəklər.
Qeyd edək ki, Azərbaycan millisi mayın sonlarında Qızıl Avropa Liqasında mübarizəyə başlayacaq. Komanda ilk oyununu mayın 26-da səfərdə Belarusa qarşı keçirəcək.