“Bareselona”nın futbolçusu Dani Alveş karyerasını “Yuventus”da davam etdirə bilər.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Turin klubu braziliyalı müdafiəçi ilə danışıqlara başlayıb.
D.Alveşin klubla ilə gələn ilin yayına qədər davam edən müqaviləsi var. Bu səbəbdən “Yuventus” onu yayda təzminat ödəmədən heyətinə cəlb etməyi planlaşdırır.
Qeyd edək ki, “Barselona” Alveşlə müqaviləni uzatmaqdan imtina edib.