19 May 18:44

Rusiyalı gimnast Dina Averina Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Avropa çempionatının lent ilə hərəkətlərdə qızıl medalını qazanıb.

Teleqraf.com-un məlumatına görə, o, finalda 20.400 bal toplayıb. Qeyd edək ki, öncə Dina Averina halqa ilə cıxışında da qızıl medal qazanıb.

İkinci yeri Rusiya təmsilçisi Aleksandra Soldatova tutub (20.300 bal), ücüncü yerdə Bolqarıstanlı idmançı Katrin Taseva (19.750 bal) qərarlaşıb.

Xatırladaq ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatının final mərhələsinın yarışları davam edir.

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.


Müəllif: Teleqraf.com