23 May 2019 01:15
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatı iştirakçılarının tərkibi 32-dən 48 komandaya qədər artırılmayacaq.

Teleqraf.com xəbər verir ki, FİFA çempionat iştirakçılarının sayını artırmamaqla yanaşı, turnirin bir neçə matçının Qətərdən kənarda keçirilməsi ideyasından da imtina edib.

Qətərdə dünya çempionatı 2022-ci ilin 21 noyabr – 18 dekabr tarixləri aralığında Doha, Lusail, Əl-Vakr, Əl-Xor, Ər-Rayyan, Umm-Salal və Əş-Şamal şəhərlərində keçiriləcək.


Müəllif: Teleqraf.com