8 Sentyabr 2014 09:23
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin futbol üzrə milli komandasının baş məşqçisi Fatih Terimin UEFA qarşısında qaldırdığı təklif qəbul olunub.

ANS PRESS-in yerli mətbuata istinadən xəbərinə görə, yeni qaydalara əsasən milli komandalar qarşılaşmalara 23 oyunçu ilə gedə biləcək.

Məlumata görə, bundan sonra ehtiyyatda olan oyunçu skamyasında 1 yox, 2 qapıçı otura biləcək. Həmçinin ehtiyyatda olan oyunçu sayı 10-dan 12-yə artırıldı.

Qeyd edək ki, bundan əvvəl milli komandaların ehtiyyatda 10 oyunçusu olurdu ki, bunlardan sadəcə biri qapıçı olurdu.

Bundan sonra milli komandalar qarşılaşmalara 10 əsas oyunçu, 1 əsas qapıçı, 10 ehtiyyat oyunçusu, 2 ehtiyyat qapıçı olmaqla 23 nəfərlik heyətlə qatıla biləcək.


Müəllif:

Oxşar xəbərlər