8 Sentyabr 2014 09:48
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə start verilib.

İlk oyun günündə 3 qrupda 8 qarşılaşma baş tutub və 25 qol vurulub.

D qrupunda İrlandiya səfərdə qonşu Gürcüstana, Almaniya evdə Şotlandiyaya 2:1 hesabı ilə qalib gəlib. Qrupun digər oyununda Polşa Cəbəllütariqi darmadağın edib 7:0.

F qrupunda Şimali İrlandiya səfərdə Macarıstanı 2:1 hesabı ilə yenərək sürpriz edib. Finlandiya səfərdə Farer adalarını 3:1, Rumıniya Yunanıstanı 1:0 hesabı ilə üstələyib.

Günün sensassiyası Portuqaliyada qeydə alınıb. Kriştiano Ronaldonun yoxluğunda meydan sahibləri Albaniyaya uduzub 0:1. Qrupun digər oyununda Ermənistan yığması Danimarkaya boyun əyib - 1:2.

AVRO-2016
Seçmə mərhələ
7 sentyabr

D qrupu
Gürcüstan - İrlandiya 1:2
Qollar: Tornike Okriaşvili, 38 - Ayden Makqidi, 24; 90.

Almaniya - Şotlandiya 2:1
Qollar: Tomas Müller, 18; 70 - İkeçi Anya, 66.
Qırmızı vərəqə: Çarli Mulqrev, 90+4 (Şotlandiya).

Cəbəllütariq - Polşa 0:7
Qollar: Kamil Qrosiçki, 11; 48. Robert Levandovski, 50; 53; 86; 90+2. Lukaş Szukala, 58.

F qrupu
Macarıstan - Şimali İrlandiya 1:2
Qollar: Tamaş Priskin, 75 - Niall Makqinn, 81. Kile Lafferti, 88.

Farer adaları - Finlandiya 1:3
Qollar: Kristian Holst, 41 - Riku Riski, 53; 78. Roman Yeremenko, 82.

Yunanıstan - Rumıniya 0:1
Qol: Kiprian Marisa, 10-pen.
Qırmızı vərəqə: Kiprian Marisa, 53 (Rumıniya).

I qrupu
Danimarka - Ermənistan 2:1
Qollar: Pyerre Hoybyerq, 65. Tomas Kahlenberq, 80 - Henrix Mkitaryan, 50.

Portuqaliya - Albaniya 0:1
Qol: Bekim Balay, 52.

Publika.az


Müəllif:

Oxşar xəbərlər