25 May 2019 01:00
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Arsenal" futbol klubunun bu il erməni futbolçusu Henrix Mxitaryanla yollarını ayıracağı bildiirlir.

Teleqraf.com "football-news24.com"a istinadən xəbər verir ki, buna səbəb futbolçunun son illər zəif oyun nümayiş etdirməsidir.

Bildirilir ki, artıq uzun müddətdir komadada fərqlənməyən futbolçunun Bakıya gəlməməsi də klub üçün ciddi itki hesab olunmur.

Yazıda qeyd olunur ki, futbolçu 2016-cı ildə Premyer Liqaya transfer olunduqdan sonra bacarıqlarını nümayiş etdirə bilməyib. Bu üzdən "Borussia Dortmund" onu "Mançester Yunayted"ə satıb.

"Artıq "Arsenal" bu yay Mxitaryanla yollarını ayırmaq istəyir", deyə yazıda bildirilir.

Qeyd edək ki, Henrix Mxitaryan Avropa Liqasının Bakıda mayın 29-da "Çelsi"yə qarşı keçiriləcək final matçında iştirakdanimtina edib. Bu, “təhlükəsizlik”lə bağlı izah olunsa da, Bakıda təhlükəsizliyinə tam təminat verilən erməni futbolçunun paytaxta gəlməməsinin məhz onun lazımı formada olmaması ilə əlaqələndirirlər.

Böyük Britaniyanın ESPN (Entertainment and Sports Programming Network) kanalı “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalına gəlməməsi və bu məsələ ətrafınfa yayılan iddialarla bağlı veriliş hazırlayıb. Verilişdə idman şərhçisi Stiv Nikol Mxitaryanın “Arsenal” üçün o qədər də önəmli futbolçu olmadığını, güclü performans göstərmədiyini nəzərə çatdırıb. Şərhçi bildirib ki, bu səbəblərə görə erməni futbolçunun Bakıda meydana çıxmaması komanda üçün böyük itki hesab edilə bilməz.


Müəllif: Teleqraf.com