26 May 2019 00:43
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonun “Çelsi” klubunun forvardı Eden Azar klubun rəhbərliyinə ultimatum verib.

Futbolçu artıq bu yayın əvvəlində Madridin “Real” klubuna keçmək istəyir.

Gözlənildiyinə görə, Azar “Çelsi”nin heyətində sonuncu dəfə mayın 29-da Bakıda “Arsenal” ilə qarşılaşacağı UEFA Avropa Liqasının final matçında oynayacaq.

“Transfermarkt”ın hesablamalarına görə, Azarın transfer qiyməti 150 milyon avrodur. Onun London klubu ilə müqaviləsi 2020-ci il iyunun sonunda bitir.

Xatırladaq ki, 28 yaşlı belçikalı bu mövsümdə “Çelsi”nin heyətində 51 matçda iştirak edib, 19 qol vurub və 16 nəticəli ötürmə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər