"Qalatasaray" baş məşqçi Fatih Terimlə daha 5 il müddətinə müqavilə bağlayıb.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə mətbuatına açıqlamasında klub prezidenti Mustafa Cengiz deyib. Onun sözlərinə görə, 65 yaşlı mütəxəssisin yeni sözləşməsi 5 illikdir.
Qeyd edək ki, İstanbul klubu Fatih Terimin rəhbərliyi altında bu mövsüm həm Türkiyə Superliqasının, həm də ölkə kubokunun qalib olub.