Bu gün Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçını izləmək üçün dünyanın müxtəlif ölkələrindən Azərbaycana turistlər gəlməkdə davam edir.
Teleqraf.com xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşları Azərbaycana gələn turistləri xüsusi hədiyyələrlə qarşılayırlar.
Xanım azarkeşlərə gül dəstələri, kişilərə isə üzərində "Tofiq Bəhramov - 1966” sözləri yazılmış brelok hədiyyə olunur.