İngiltərənin “Çelsi” futbol klubunun “ulduz” oyunçusu Eden Hazard UEFA Avropa Liqasının Bakı finalından sonra London təmsilçisiylə son oyununa çıxdığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, belçikalı “ulduz” bu qərarı iki həftə əvvəl verdiyini bildirib.
“O gecə ağlımda olan yeganə fikir kuboku qazanmaq idi, qərarımı iki həftə əvvəl vermişəm. İndi isə klubların qərarını gözləyirəm, düşünürəm ki, gözəl bir vida oldu”, - deyə Eden Hazard qeyd edib.
Futbolçu “Arsenal”la Bakı finalındakı qarşılaşma haqda da fikirlərini bölüşüb:
“Oyunun birinci yarısında gərgin idim, çünki bu final oyunudur. Oliverin qolu bizi sakitləşdirdi, yaxşı oynadıq və oyuna nəzarəti saxlaya bildik”.
Eden Hazard 7 il formasını geyindiyi “Çelsi”nin heyətində 352 oyuna çıxıb, 110 qol vurduğu halda, 92 qolun assistentliyini edib. 2 dəfə İngiltərə Premyer Liqasının, 2 dəfə də Avro Liqanın qalibi adını qazanıb.