31 May 2019 11:28
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda səfərdə olan Türkiyənin "Beşiktaş" klubunun və Portuqaliya milli komandasının futbolçusu Rikardu Kuarejma gənclər və idman naziri Azad Rəhimovla görüşüb.

Görüşdə A.Rəhimovla yanaşı, nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov və "Beşiktaş" fanatları iştirak ediblər.

Nazir portuqaliyalı yarımmüdafiəçini salamlayıb və futbolçunun gəlişinin şəhərlə tanışlıq xarakteri daşıdığını bildirib.

O, UEFA Avropa Liqasının finalının yüksək səviyyədə keçdiyini və ölkəyə gələn qonaqların yaradılan şəraitdən razı qaldığını qeyd edib.

Daha sonra Kuerajma Azərbaycan və Portuqaliya arasındakı dostluğa görə diplomla təltif olunub./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər