2 İyun 2019 13:31
2 863
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Liverpul" və "Tottenhem" komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının final oyununun təşkilatçılığındakı qüsurlar oyun zamanı meydana yarıçılpaq azarkeşin girməsi ilə pik həddə çatıb.

Teleqraf.com xəbər verir ki, çimərlik geyimində olan fanatın adi şəxs deyil, aktrisa və model Kinsey Volanski olduğu üzə çıxıb. O, hətta bu yaxınlarda lentə alınmış filmdə də oynayıb.

Stadiona çıxan modelin oğlan dostu Vitali Zdorovetskinin vebsaytını reklam etmək üçün çıxdığı bildirilir. Köynəyin üzərinə saytın ünvanı yazılıb.

Madriddəki oyunun nöqsanları barədə sosial şəbəkələrdə saysız-hesabsı tənqidlər səslənir.

"Men in Blazers" adlı istifadəçi qeyd edib: "Bakı, bağışlayın ki, sizə güldük. Siz oyundakı görüntülər baxımından daha yaxşı idiniz".

Siyavuş Fallahi isə bunları yazıb: "Bakıdakı stadion Madriddəki oyuna layiqdir, Madriddəki stadion isə Avropa Liqasının final oyununa".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər