2 İyun 2019 13:46
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən UEFA Çempionlar Liqasının qalibi olan “Liverpul” klubunun sahibi Con Henri oyundan öncə çətinliklə üzləşib.

Teleqraf.com xəbər verir ki, “İrish Mirror” qəzeti “Liverpul” klubunun sahibi Con Henri və klubun əfsanələri Kenni Dalqlişla İan Raşın dəhşətli tıxaca görə avtomobillərini tərk edərək finalın keçirildiyi stadiona piyada getməli olduğunu yazıb.

Nəşrin yazdığına görə, stadiona gedən yollardakı dəhşətli tıxaca görə əsas avtomagistrallarda hərəkət dayanıb.

Avtomobili tərk edən üçlük “Liverpul” azarkeşlərinə qoşularaq qalan yolu piyada qət etmək məcburiyyətində qalıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər