2 İyun 2019 18:45
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə Nyu Yorkun Madison Square Garden arenasında keçirilən qarşılaşmada Britaniyalı dünya çempionu Antonyi Joşua meksikalı rəqibi Andi Ruizə uduzub.

Teleqtaf.com xəbər verir ki, Ruiz ağır çəkidə IBF, WBO və WBA çempionu titullarının sahibi Antoni Joşua məğlub etməklə boks tarixində ən böyük sensasiyalardan birinə imza atmış olub.

Döyüş yeddi raund davam edib: Joşua üçüncü raundda Ruizi nokdaun edib, lakin bundan sonra meksikalı boksçu özündə güc taparaq Antoni Joşuanı dörd dəfə nokdauna göndərib.

Nəticədə, yeddinci raundda döyüş dayandırılıb və meksikalı bokçu qalib elan olunub. Beləliklə, Antoni Joşua peşəkar karyerasında ilk dəfə olaraq məğlubiyyətə uğrayıb.

Oyundan qabaq bukmekerlər britaniyalı Antoni Joşuanın qələbəsini 25:1 nisbəti ilə proqnozlaşdırırdılar.

Məğlubiyətindən sonra 29 yaşlı Joshua deyib: "Mən yaxşı döyüşçüyə uduzdum".

"O çempion oldu, mən isə çempionluğumu qaytarmalıyam", - britaniyalı boksçu əlavə edib.

Andi Ruiz indiyədək 33 döyüş keçirib, onlardan 32-də qalib gəlib. ABŞ-da doğulan Andi Ruiz əslən meksikalıdır. meksikalıdırlar.

Joşuaya qalib gəldikdən sonra Ruiz ilk meksikalı ağırçəkili dünya çempionu olub.

Andy Ruiz beş uşaq atasıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər