30 Aprel 2014 12:07
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Maliyyə Fair-Playı qaydaları çərçivəsində aparılan araşdırmaların nəticəsini açıqlamaq üzrədi.

Teleqraf.com xəbər verir ki, avrokuboklarda mübarizə aparan 237 klubdan 76-sının maliyyə ilə bağlı problemləri var. Onlardan 20-sinin isə cəza alması gözlənilir. “Eurosport”un Fransa bürosu maraqlı məlumatlar əldə edib.

Məlumatlarda bildirilir ki, “Real”, “Barselona”, “Arsenal”, “Napoli”, “Borussiya” (Dortmund) və “Bavariya”da hər şey qaydasındadı. Bu klublar UEFA-nın Maliyyə Fair-Playı qaydaları çərçivəsində heç bir cəza almayacaq. “Eurosport”un iddiasına görə, “Atletiko”, “Yuventus” və “Roma” kimi klublar risk altındadı. UEFA bu klubların başını ağrıda bilər. PSJ, “Çelsi”, “Liverpul”, “Mançester Siti” və “İnter” isə cəza almağa ən real namizədlərdi.

Büdcələrindəki qeyri-sabitlik bu klubları UEFA-nın onlarla bağlı araşdırmalar aparmasına səbəb olub.


Müəllif:

Oxşar xəbərlər