8 Sentyabr 2014 20:51
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan yığması idman gimnastikası üzrə beynəxalq "Bosfor kuboku - 2014" turnirində 5 qızıl, 8 gümüş və 4 bürünc medal qazanıb.

Teleqraf.com-un Azərbaycan Gimnastika Federasiyasına istinadən verdiyi məlumata görə, yarışlar sentyabrın 6-7-də İstanbulda keçirilib.

Turnir Azərbaycan idmançıları üçün medallarla bol olub. Anna Pavlova paralel tirlər, tir üzərində və təkanla tullanmada uğurla çıxış edərək qadınlardan ibarət yığmanın hesabına 4 qızıl medal qazandırıb. Bundan başqa, A.Pavlova çoxnövçülükdə də birinci olub, onun ardınca isə yığmamızın digər üzvləri Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova qərarlaşıblar.

Hazırkı ölkə çempionu M.Nekrasova təkanla tullanmada ikinci, sərbəst hərəkətlərdə üçüncü, Y.İnşina sərbəst tapşırıqda ikinci, tir üzərində isə üçüncü olub.

Kişilərdən ibarət yığma komanda, həmçinin 8 medal qazanaraq İstanbuldakı yarışda fərqlənib. Pyotr Paxnyuk paralel tirlərdə tapşırığı ideal icra edərək komandaya qızıl medal qazandırıb. O, at üzərində çıxış edərək üçüncü yerə çıxıb. Azərbaycanın hazırkı çempionu Oleq Stepko paralel tirlərdə, horizontal tirdə, atda və sərbəst hərəkətlərdə çıxış edərək 4 gümüş medal qazanıb.

Komanda hesabında P.Paxnyuk, A.Stepko, Ruslan Namazov və Uğur Xəlilbəyli gümüş medala sahib çıxaraq Bolqarıstan komandasını geridə qoyub. Qızıl medal isə türkiyəli gimnastlara nəsib olub. İdmançılarımızı qarşıda mövsümün sonuncu və ən böyük yarışı - idman gimnastikası üzrə dünya çempionatı gözləyir.

Qeyd edək ki, dünya çempionatı oktyabrın əvvəlində Çində keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər